İran ABŞ-nin Hörmüz boğazında gəmiçiliyə hər hansı müdaxiləsini atəşkəs rejiminin pozulması kimi qiymətləndirəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin rəhbəri Ebrahim Əzizi açıqlama verib. O qeyd edib ki, boğazda və Fars körfəzində idarəetmə ABŞ Prezidenti Donald Trampın bəyanatları əsasında həyata keçirilməyəcək.
Əzizi bildirib ki, ABŞ-nin bu istiqamətdə istənilən addımı atəşkəs rejiminin pozulması kimi qəbul olunacaq.
Xatırladaq ki, daha əvvəl Tramp “Project Freedom” əməliyyatının başladılacağını açıqlayaraq, Hörmüz boğazında bloklanan gəmilərin çıxarılmasının planlaşdırıldığını bildirmişdi. ABŞ prezidenti həmçinin bu prosesə müdaxilə olacağı təqdirdə güc tətbiq ediləcəyini vurğulamışdı.