İran ABŞ-nin uranın zənginləşdirilməsinin dayandırılması təklifini rədd edib

İranın vasitəçilər üzərindən ABŞ-yə təqdim etdiyi təkliflərdə uranın zənginləşdirilməsi proqramının 15 il müddətinə dayandırılması ilə bağlı öhdəlik yer almır.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Məlumata görə, İranın cavab təklifi həmçinin tərəflər arasında yekun razılaşma əldə olunmadan Hörmüz boğazının açılmasını da nəzərdə tutmur.

Qeyd olunub ki, Tehran tərəfindən təqdim edilən 14 maddəlik təklif ABŞ-nin 9 maddədən ibarət təşəbbüsünə cavab olaraq hazırlanıb.