İran ordusu Hörmüz boğazında ABŞ mövqelərinə raket zərbələri endirib

İran ordusu Hörmüz boğazında ABŞ qüvvələrinə raket hücumu barədə məlumat yayıb.

Teleqraf "Press TV"yə istinadən xəbər verir ki, bu, ABŞ ordusunun İran neft tankerinə qarşı "təcavüzkar hərəkətlərinə" cavabdır.

İran mediasının məlumatına görə, ABŞ ordusu itki verdikdən sonra geri çəkilməyə məcbur olub.