İran hakimiyyəti iyulun 6-da mərhum ali lider Əli Xameneinin vida mərasimi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində Tehran üzərindəki hava məkanını tam bağlayacaq.
Axar.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə məlumat verib.
Onun sözlərinə görə, həmin gün Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanı və Mehrabad Beynəlxalq Hava Limanının fəaliyyəti də məhdudlaşdırılacaq.