“İran qərbli turistləri casusluq ittihamı ilə saxlayıb”
Yusif Nəzərli
09:11 06.06.2023
Gündəm
407
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bu ölkənin turistlər üçün “tamamilə təhlükəsiz” olduğu barədə açıqlaması həqiqətə uyğun deyil.
“Report” “Iran İnternational”a istinadən xəbər verir ki, İranın XİN başçısı tviter səhifəsində “bəzi Avropa vətəndaşları xarici təhlükəsizlik xidmətləri tərəfindən istismar edilmirsə, onların həbsi üçün heç bir əsas yoxdur” yazsa da, əslində, bu illər ərzində İran əsassız olaraq onlarla qərbli turisti casusluqda ittiham edərək saxlayıb.
Qeyd edilib ki, İran saxlanılan şəxsləri Qərbdən güzəştlər əldə etmək üçün girov kimi istifadə edir. Onlar adekvat hüquqi müdafiə ilə təmin olunmur, əksinə, saxta məhkəmələrdən sonra uzunmüddətli həbslərə məruz qalırlar.
Bu yaxınlarda Omanın vasitəçiliyilə Belçika ilə bağlanmış məhbus mübadiləsi razılaşması çərçivəsində ötən həftənin cümə günü iki İran və Avstriya vətəndaşı Kamran Qaderi və Məsud Mossaheb, həmçinin İranda həbsdə olan danimarkalı azad edilib.
Bundan başqa, belçikalı Olivye Vandekastel Əsədulla Əsədinin azadlığa buraxılması müqabilində ölkəsinə qayıdıb. Diplomat adı altında iranlı agent olan Ə.Əsədi 2018-ci ildə Fransada terror təşkil etməkdə təqsirli bilinmişdi.
Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda vətəndaşlarını İrana səfər etməməyə, hazırda orada olan Azərbaycan vətəndaşlarını isə diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Xatırladaq ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, onunla əlaqə itib. Daha sonra onun İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb. Bu, hazırda İrana səfərin təhlükəli olduğunu göstərir. Üstəlik, bəzi mənbələrin məlumatına əsasən, bu ölkəyə müalicəvi turizm adı ilə səfər edənlər pis vəziyyətə düşür, tələyə salınır və daha sonra onlar İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməyə çalışılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq