İran və Oman XİN rəhbərləri arasında telefon danışığı oldu

Bu gün İran xarici işlər naziri Seyid Abbas Əraqçi ilə omanlı həmkarı Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, nazirlər regiondakı son hadisələr və mövcud meyillər barədə fikir mübadiləsi aparıblar.

S.A. Əraqçi həmkarını ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin və gərginliyin dayandırılması, habelə regionda sülhün bərqərar olması istiqamətində Tehranın həyata keçirdiyi son diplomatik səylər və təşəbbüslər barədə məlumatlandırıb.