“ABŞ danışıqlar prosesi çərçivəsində üzrəinə götürdüyü öhdəlikləri pozsa, İran buna cavabı döyüş meydanında verəcək”.
Teleqraf xəbər verir ki, bunu İranın müdafiə naziri vəzifəsini icra edən Məcid əl-Rza deyib.
“Danışıqlar zamanı düşmənin öhdəliklərinin istənilən pozuntusunu görsək, döyüş meydanında cavab verəcəyik”, - o bildirib.
Əl-Rza əlavə edib ki, İran həm danışıqlar aparmaq, həm də döyüşmək qabiliyyətinə malikdir.