İstənilən beynəlxalq müqavilə Konstitusiyaya uyğun olaraq İran parlamenti tərəfindən təsdiqlənməlidir və ABŞ ilə razılaşmanın təfərrüatları deputatlar və ictimaiyyətdən gizlədilməməlidir.
Teleqraf xəbər verir ki, bu barədə İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzeti yazıb.
Məsələni 2015-ci il sazişi (JCPOA) ilə müqayisə edən nəşr bildirib ki, bəziləri anlaşma memorandumunu məcburi hesab etməsələr belə, Nəzarət Şurasının şərhedici rəyinə görə, öhdəlik yaradan istənilən razılaşma ilə bağlı Konstitusiya müddəalarına əməl olunmalıdır.
Qeyd edilib ki, memorandumun mətni imzalanmadan əvvəl təhlil edilməli və təsdiqlənməlidir, onun təfərrüatlarından xəbərdar olmaq insanların hüququdur.
“Keyhan” həmçinin yazıb ki, parlament sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etsə də, bütün nümayəndələrin adından qərar verə bilməz.
Mənbə ABŞ Prezidenti Donald Trampın razılaşmanın Konqresə göndərilməsi barədə açıqlamasına istinad edərək, anlaşma memorandumunun mətninin parlament üzvlərindən gizlədilməsini tənqid edib.