İran ABŞ-a meydan oxuyaraq qurudan müharibəyə çağırış edib.
Axar.az xəbər verir ki, bu barədə çağırış İran dövlət televiziyası tərəfindən edilib.
“Hollivud ordusuna səslənirik: İllərdir bu anı gözləyirik. Gəlin, sizin üçün hazırıq! Potensial quru əməliyyatı ABŞ üçün ağır nəticələrə səbəb olacaq! Peşmançılıqdan barmaqlarınızı dişləyəcək və özünüzü lənətləyəcəksiniz!”, - çağırışda bildirilib.