İrandan Trampa gözdağı: “Sürprizlərimizi gözləsin!”

İrandan Donald Trumpa xəbərdarlıq xarakterli açıqlama verilib.

İran İnqilab Keşikçiləri (SEPAH), ABŞ prezidenti Donald Trampı hədəf alaraq belə bəyanat verib: “Tramp indiyə qədər öz ifadəsi ilə bir çox ‘sürprizlər’ açıqlayıb, bundan sonra isə bizim sürprizlərimizi gözləsin.”

Sherg.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusuna bağlı Hatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı Əli Abdullahi, Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Larcani və İnqilab Keşikçilərinə bağlı Bəsic qüvvələrinin komandanı Qulam Rza Süleymaninin hücumlarda həlak olmasından sonra ABŞ-a sərt reaksiya verib.

ABŞ-nin İran qarşısında uğursuz olduğunu vurğulayan Abdullahi bildirib:

“Bu, dünyanın super gücü olan ABŞ-nin ilahi iradə qarşısında dayanan bir xalq və güclü silahlı qüvvələr qarşısında diz çökdüyünü ilk dəfə etiraf etməsidir.”

Abdullahi ABŞ prezidenti Donald Trampa müraciət edərək deyib:

“Düşmən, öz yaratdığı bataqlıqdan çıxmaq, nüfuz itkisini azaltmaq və saxta gücünü qorumaq üçün hər cür cinayətə əl atır. Tramp indiyə qədər öz ifadəsi ilə bir çox "sürprizlər" açıqlayıb, artıq bundan sonra bizim sürprizlərimizi gözləsin.”

Abdullahi əlavə edib:

“Silahlı qüvvələrimizin verəcəyi cavab düşmənin hərəkət və hesablamalarından daha dağıdıcı olacaq və bu proses düşmən təslim olana qədər davam edəcək. Bu gün təşəbbüs ABŞ-ın guya super güc olduğunu meydanda ifşa edən xalq və hərbçilərin əlindədir.”

Abdullahi bölgə ölkələrinə də müraciət edərək bildirib:

“Bu gün meydanda qalib olan tərəf ABŞ-ın Yaxın Şərqdə 50 ildən artıq müddətdə etdiyi böyük investisiyanı məhv edən tərəfdir. Bölgə ölkələri güclü müsəlman qonşu kimi İrana güvənməli və təhlükəsizliklərini qlobal güclərə bağlamamalıdır. İlahi lütflə düşmənlərinizi əbədi peşman edəcəyik.”