Tehran Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Rusiya hökumətinə humanitar yardıma görə minnətdardır.
Sherg.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib və vurğulayıb ki, İslam Respublikası xüsusilə dərman vasitələrinə və tibbi avadanlıqlara ehtiyac duyur.
Səfir “İzvestiya” qəzetinə müsahibəsində deyib:
“Biz Rusiya prezidenti Vladimir Putinə və Rusiya hökumətinə minnətdarıq”.
Onun sözlərinə görə, “rusiyalı tərəfdaşlar humanitar yardımın yeni partiyalarını göndərməyi planlaşdırırlar”.
“Bizim humanitar yardıma, xüsusilə dərmanlara və tibbi avadanlıqlara ehtiyacımız olduğu aydındır”, - deyə səfir əlavə edib.