" İranın müqavimət doktrinası müdafiəyə əsaslanan mozaikadan ibarətdir və komandan heyətin sıradan çıxması şəraitində sistemin cavab reaksiyasını müəyyənləşdirir".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert dərhal əlavə edir ki, bu fərqli və orijinal düşünülmüş taktikadır, ancaq bunun tam gücü ilə effektiv olacağı ehtimalı yüksək deyil:
"Üstəlik, müddət keçdikcə bu taktika dəyişkənliyə məruz qala bilər, lakin görünür ki, hazırda İranda kadr resurslarına arxalanmaq üçün Tehranın ciddi əsaslarl var. İranın cavab reaksiyaları isə əsasən 4 səyə əsaslanan xəttlə təyin edilir: ABŞ və İsrailə Körfəzdə itki və iqtisadi ziyan vurulması üçün dron və ballistik raket hücumları; Fars körfəzində gəmiçiliyi pozmaq üçün minalar da daxil olmaqla dron, raket və dəniz hücumları; Hizbullah və İran tərəfindən dəstəklənən digər qrupların proksi hücumlar; qlobal kritik infrastruktura kiberhücumlar. Ancaq İrandakı müharibə ABŞ və İsrail üçün hazırda hərbi trayektoriyanın nisbətən müsbət olduğu bir mərhələdədir: ABŞ İranın müharibədə ən vacib alətindən - dron və raket hücumlarından - istifadə etmək qabiliyyətini tədricən məhv edir. Lakin İranın raketburaxıcı qurğuları hələ də mövcuddur və bu, ona cavab zərbələrində üstünlük qazandırır. Lakin bu hücumlar İranın mövcud müharibədə həyata keçirməyə çalışdığı əsas hücumlarla müqayisədə hələ də zəifdir və nə əməliyyat baxımından əhəmiyyətli ziyana, nə də genişmiqyaslı itkilərə səbəb olur. O da bir faktdır ki, ABŞ və İsrail əməliyyat çətinlikləri ilə üzləşir, üstəlik bura İrandakı ideoloji konsolidasiyanı dağılmamasını da nəzərə alanda Vaşinqton və Təl-Əviv üçün əlavə səylər həyata keçirmək zərurəti yaranır. Bu zərurətlər praktiki mərhələdə icra olunacaqmı - bu daha çox ABŞ-nin müharibə xərcləri və strateji boşluğa düşüb-düşməməsi ilə müəyyən ediləcək. Bununla belə, bu, bu fakt üzə çıxacaq ki, ABŞ müharibəni qlobal gücünü təyin edən faktor kimi müəyyənləşdirəcək. Yəni müharibənin olmasa da, ümumilikdə ABŞ əsas güc kimi prosesdən çıxmağı bacaracaq".