İraq Kürdüstan Regionunun başçısı İçərişəhərlə tanış olub
14:22 18.07.2023
Gündəm
352
Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.
"Report" xəbər verir ki, İçərişəhərdə gəzinti Qoşa Qala qapısından başlayıb.
Əvvəlcə qonaqlar İçərişəhərdə XVII əsrə aid Yeraltı hamam və İncəsənət Mərkəzi ilə tanış olublar.
Elektromobillə gəzinti zamanı nümayəndə heyətinin üzvlərinə UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.
Qonaqlar təzə bişmiş təndir çörəyinin dadına baxandan sonra İçərişəhərdə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə tanış olublar.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Bakının rəmzlərindən biri sayılan Qız qalası abidəsinin tarixi barədə də qonaqlara məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanılması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasında 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılıb.
Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisində yenidən təşkil olunan daş ekspozisiya qonaqların böyük marağına səbəb olub.
İçərişəhərlə tanışlıq iraqlı qonaqlarda xoş təəssürat yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya