İrəvana heç bir "top" verilməyib
İrəvana heç bir "top" verilməyib
Yusif Nəzərli
08:43 21.07.2023
Gündəm
280
Paşinyan KTMT-nin missiyasının bölgəyə yerləşdirmə təklifinə razı olmayacaq
Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsi sərhəddəki vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, Qarabağın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil olmadığını xatırladıb: "Top Ermənistanın tərəfindədir". Xatırladaq ki, bir müddət öncə təşkilatın nümayəndəsi Yuri Şuvalov da demişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır. O bildirmişdi ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı ata bilər. Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, bu qurumun ölkəsindən çıxdığını söyləmişdi. Onu da diqqətə çatdıraq ki, Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb. Hazırkı sərhəd şərti xarakter daşıyır.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Qarabağda sülhməramlı kontingent yerləşdirmiş Rusiyanın, üstəlik, Azərbaycan-Ermənistan sərhədinə də qoşun göndərmək niyyəti normal deyil. Professorun sözlərinə görə, Ermənistan müstəqil siyasət yeritmədiyi üçün əslində İrəvana heç bir "top" verilməyib: "Ermənistan Rusiya nə deyirsə, onu icra edir. Lakin Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı missiyasının bölgəyə yerləşdirmə təklifinə razı olmayacağı ümid edilir. Onu da qeyd edim ki, KTMT-nin nizamnaməsində sərhədlərin birgə qorunması barədə hansısa bənd yoxdur. Azərbaycan-Ermənistan arasında ümumiyyətlə təsdiqlənmiş sərhəd yoxdur. Delimitasiya və demarkasiya prosesi aparılmadığı halda KTMT qeyri-müəyyən sərhəddə nə edəcək?! Moskva regionla bağlı növbəti hazırlıq içindədir. Çünki Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO Sammitindən sonra çıxışında 2025-ci ilə qədər rus sülhməramlılarının bölgəni tərk edəcəyini söyləmişdi.
Rusiya isə çalışır ki, Qarabağdan çıxacağı təqdirdə ən azından Ermənistan-Azərbaycan sərhədində "otursunlar". Əslində bu məsələ Ermənistanın "daxili işi" kimi təqdim olunsa da, sərhəd bölgə olduğuna görə Azərbaycanın da maraqlarına ziddir. KTMT-nin regiona, Azərbaycan-Ermənistan sərhədinə gəlməsi mümkünsüzdür. Bununla rəsmi Bakıya təzyiq göstərmək istəyirlər. Ümumən, son zamanlar Azərbaycana təzyiqlər artmaqdadır. Lakin yaxşı olar ki, Rusiya öz aqibətini, Ukrayna ilə müharibədə düşdüyü durumu götür-qoy etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol