İrəvanda keçirilən tədbirdə “ASAN xidmət”dən danışdılar
Yusif Nəzərli
13:06 10.11.2023
Gündəm
412
8-9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının paytaxtı İrəvan şəhərində BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Asiya-Sakit Okean İnformasiya Supermagistralının Rəhbər Komitəsinin Yeddinci Sessiyası və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Regional İcmalına dair tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, məqsəd Asiya və Sakit Okean Hövzəsi ölkələrində rəqəmsal texnologiyaların və ağıllı cəmiyyət quruculuğu istiqamətində uğurlu təcrübələrin təşviqi, o cümlədən, Asiya-Sakit Okean İnformasiya Supermagistralının İşçi Qruplarının illik hesabatlarının nümayişi olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasının Rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupunun rəhbəri kimi tədbirə onlayn qoşulub. O, Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” təcrübəsinin 20-dən çox ölkə tərəfindən öyrənilməsindən, bu modelin, rəqəmsal həllərimizin BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükafatlara layiq bilinməsindən söz açılıb. Həmçinin bu amillərin “ASAN xidmət” yanaşmasının uğurlu model kimi beynəlxalq səviyyədə tanındığının bariz nümunəsi olduğunu qeyd edib. İşçi qrup çərçivəsində ölkələr arasında bilik, təcrübə transferi və beynəlxalq ekspertlərin cəlbi ilə üzv ölkələrdə dayanıqlı inkişafa dəstək üzrə görülmüş işlərə dair məlumat verilib.
Tədbirdə Azərbaycan ilə yanaşı 10 ölkənin və 20-dən çox qlobal korporasiyanın nümayəndələrinin iştirakı ilə qlobal trendlər və 4-cü Sənaye İnqilabı Texnologiyalarının üzv ölkələrdə tətbiqi üzrə birgə fəaliyyətlərə dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya
Zaxarova: Rusların öldürülməsinə çağırışlar yolverilməzdir
11:44 12.08.2026
Gündəm
Krıma PUA hücumu: dinc sakin həlak olub
11:31 12.08.2026
Dünya