İşgəncə görən uşaq onkoloji xəstə imiş: Ana dağ basdıqca nənə deyirmiş ki, kabab iyi gəlir
13:02 14.02.2020
Gündəm
679
Anasının kabab şişi ilə dağladığı doqquz yaşlı T. onkoloji xəstə imiş. Baku.ws xəbər verir ki, “Səni axtarıram” proqramına gələn ata oğlunun başına gələnləri belə şərh edib:
“Üç gündən sonra uşaq mənə zəng vurdu ki, dədə, məni yandırırlar. Getdim, baxdım, dəhşətə gəldim. Dedim, bu nədir, etmisiniz? Bunu düşmən balasına etməzlər. Uşağın bədənindən, dağ basılan yaralardan irin axırdı. Ana uşağa dağ basanda nənəsi də deyirmiş ki, qara ciyər kababının iyi gəlir. Uşağın mənə dediyini deyirəm”.
Ata doqquz yaşlı oğlunun onkoloji xəstə olduğunu bildirib:
“Biz 10 aydır, ayrı yaşayırıq. Ümumiyyətlə, 10 ildir evlənmişik, 10 ildə bir il bərabər yaşamamışıq. Hər dəfə bir bəhanə ilə küsüb, anasının evinə gedib. Oğlum mənim yanımda qalırdı, qızım isə anasında. Oğlum onkoloji xəstədir. Anası iynə vura bilir, iynələrini vurmaq üçün anasının yanına göndərmişdim”.
Xatırladaq ki, Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb. Azadqaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyeva yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.
Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.
Məlumat üçün bildiririk ki, ailə münaqişəlidir, Dünyamalıyeva Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar. Araşdırmalar zamanı məlum olub ki, Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiqlə ailəli olub.
Ailə münaqişəsi zəminində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər azyaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda, nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub.
Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya