İsgəndər Həmidovun ailəsi saytlardan narazıdır: "Komadadır, ölməyib"
10:33 14.02.2020
Gündəm
801
Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun ölüm xəbərini yayanlara qarşı ailə üzvləri etiraz edib. Keçmiş nazirin bacısı oğlu Şəhriyar Məcidov hazırda komada olan İsgəndər Həmidovun ölümü ilə bağlı bəzi saytların yaydıqları yalan məlumatlardan ailəsinin narahatlıq keçirdiyini bildirib.
Ş.Məcidov qeyd edib ki, ailə belə çətin dövrdə hamıdan diqqətli olmağı xahiş edir:
“Etika, insanlıq gözləyirik, olmur. Yalandan xəbər verirlər ki, İsgəndər Həmidov vəfat edib. İnsanlar narahat olur, yaxınlarına, ailə üzvlərinə zəng edib, eşitmək istəmədiyimiz acı xəbəri soruşurlar. Acımızı yenidən yaşayırıq. Telefon xətlərində göz yaşlarına hakim ola bilməyən bu adamlara yazıq deyilmi? Adam öz insanının, öz xalqının nümayəndəsinin ağrısına, acısına dəfələrlə səbəbsiz yerə bais olarmı?
İsgəndər Həmidovun vəziyyəti kəskin ağırdır. Amma sağdır. Xahiş edirik, İsgəndər Həmidovun haqqında olan xəbərləri ailə üzvlərinə istinadən verin”.
Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya