“İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək
14:41 18.01.2024
Gündəm
375
“İslam dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb.
Tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib və COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.
İclasda Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib.
Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO və üzv ölkələrə təşəkkür edilib və onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya