İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib

Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gedən İspaniya Baş naziri Pedro Sançezin təyyarəsi Ankarada enib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, siyasətçini daşıyan təyyarə gözlənilməz texniki problem səbəbindən Ankarada təcili eniş etmək məcburiyyətində qalıb.

Qeyd olunub ki, nümayəndə heyəti bu gün Ankarada qalacaq və sabah İrəvana gedəcək.