İsrail mətbuatı yazır ki, Qazzanın yenidən qurulmasında Türkiyə qüvvələrinin iştirakı Təl -Əvivdə narahatlıq yaradır. Türkiyə ya döyüş qüvvəsi, ya da loqistika və tibbi dəstək üçün iştirak edə bilər.
İsrail tərəfi hər iki variantla razı deyil və Türk qüvvələrinin yerləşdirilməsinin potensial toqquşma riski yarada biləcəyini bildirir. Göndəriləcək heyət piyadalar, jandarma, mühəndislər və məhdud sayda xüsusi təyinatlılardan ibarət ola bilər.
Təl - Əvivin əsas narahatlığı kəşfiyyat və regional təhlükəsizlikdir. Türk qüvvələrinin məlumat paylaşmaması tövsiyə olunur. ABŞ ilə müzakirələr davam edir və Türkiyə yalnız məhdud, arxa planda iştirak edə bilər.