İsrail mediası: İranla bağlı hücumların bərpası üçün hökumətə təzyiq artır

İsrail mediasının məlumatına görə, israilli müdafiə rəsmiləri İranı danışıqlarda güzəştə məcbur etmək üçün hücumların yenidən başlanması istiqamətində hökumətə təzyiq göstərir.

Sherg.az xəbər verir ki, məlumata görə, belə addım İranı zəiflədə bilər, lakin onun mütləq geri addım atacağına zəmanət yoxdur. Eyni zamanda bəzi rəsmilər prosesdə liderliyin ABŞ-də qalmasını tövsiyə edir.