İsrail “Netanyahunun öldüyü” iddiasını təkzib etdi

İsrail sosial şəbəkələrdə yayılan Baş nazir Benjamin Netanyahunun İranın cavab hücumu zamanı öldüyü barədə iddiaları təkzib edib.

Sherg.az xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda Tehrana zərbə endirməsi ilə başlayan İran müharibəsi qarşılıqlı hücumlarla davam edir.

İranın dini lideri Əli Xameneinin həyatını itirməsindən sonra İranın həyata keçirdiyi cavab hücumlarında İsrail Baş naziri Netanyahunun da öldüyü iddia olunmuşdu.

Netanyahunun 13 martda qatıldığı onlayn mətbuat konfransı zamanı İsrail üzrə hücum siqnallarının eşidilməməsi və daha sonra süni intellektlə hazırlandığı iddia edilən bəzi videoların yayılması bu şayiələrin yaranmasına səbəb olub.

İsrail Baş nazirinin ofisi məsələ ilə bağlı bildirib ki, sosial mediada yayılan “Netanyahu öldürüldü” xəbərləri yalan məlumatdır və baş nazir yaxşı vəziyyətdədir.