İsrail ordusu Livanda quru əməliyyatlarına başlayıb

İsrail ordusu Hizbullaha qarşı Livanda quru əməliyyatlarına başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha qarşı məhdud quru əməliyyatlarına başlayıb.

İsrail Müdafiə Qüvvələri qoşunların əraziyə yeridilməsindən əvvəl “təhdidləri aradan qaldırmaq” üçün kütləvi hava hücumları və artilleriya atəşi həyata keçirdiyini bildirib.

Qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri Hizbullaha qarşı qətiyyətlə hərəkət edəcək.

İsrail ordusu

Hizbullah

Livan

quru əməliyyatları