
İsrailin planlarına ABŞ və Rusiya deyil, Çin mane ola bilər - TƏHLİL
Yusif Nəzərli
08:18 10.11.2023
Gündəm
380
"Çünki Çin bu aydan başlayaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının yaxın aylarda əsas mövzusu isə Yaxın Şərqdəki müharibənin dayandırlması olacaq"
"Böyük dövlətlər Yaxın Şərqdə müharibənin dayandırlması məqsədilə səylərini davam etdirirlər".
"Sherg.az"ın xəbərinə görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, davam edən müharibənin mənfi təsirini böyük dövlətlərin əksəriyyəti öz üzərində hiss edir və mülki insanların ölümünü dayandırmağın yolları aranır:
"Amerika Birləşmiş Ştatları İsrailin “Həməs”a qarşı savaşını haqlı saysa da, qruplaşmanın girovluğunda olan insanların azad olunması üçün formul axtarır. Vaşinqton girovların zərər görməməsi üçün İsrailin hücumlarına fasilə verməsi gərəkliyi qənaətindədir. İsrail hökuməti isə fərqli düşünür, baş nazir Benyamin Netanyahu müharibədə fasilənin “Həməs”in işinə yarıyacağını bildirib. Pekin müharibənin dayandırılması məqsədilə beynəlxalq konfransın çağırılması ideyasını irəli sürüb. Pekin hesab edir ki, bu konfransda Fələstin məsələsi müzakirəyə çıxarılmalıdır. Pekin yeni təklifini bütün maraqlı tərəflərə təqdim edib. Çinin xarici işlər naziri Van Yi bu mövzuda ərəb dövlətlərinin xarici işlər nazirləri ilə müzakirələr aparıb. Pekin Qəzzanın bombalanmasından narahatlığını gizlətmir. Pekin son zamanlar ərəb ölkələri ilə təmaslarını genişləndirib. “New York Times” dərgisində yayımlanan məqalədə yazılıb ki, Çin Yaxın Şərqdəki müharibədə neytral siyasət yürütməyə çalışsa da, Pekin son zamanlar İsraili sərt tənqid etməyə başlayıb və bu siyasətində Kremllə eyni cərgədə dayanıb. Pekin Səudiyyə Ərəbistanını İranla barışdırdıqdan sonra İsraillə Fələstini də barışdırmaq istəyirdi. Ancaq bu alınmadı. İsrailin bundan sonra Pekinin vasitəçiliyini qəbul edəcəyi problematikdir. Pekinin Tehranla sıx əlaqələri və iki ölkə arasında artan ticarət də İsrailin narahatlığına səbəb olub".
Analitik vurğulayıb ki, Benyamin Netanyahu Vaşinqtonun “müharibəyə fasilə verin” təklifi ilə razılaşmadığı kimi Pekinin beynəlxalq konfrans təklifini də qəbul etməyəcək:
"Ümumiyyətlə İsrail hökuməti indiki vəziyyətdə Fələstinin dövlət kimi tanınması məsələsini müzakirə etmək istəmir. Çünki Tel-Əviv hesab edir ki, bu müzakirələrə razılaşsa İsrail zəif dövlət kimi görünəcək. Yəni “Həmas” İsrailə qarşı terror hücumu həyata keçirdi. İsrail dövləti Qəzzanın bombardmanından nəticə əldə etməyərək Fələstinin müstəqilliyinin tanınmasıyla bağlı masaya oturmağa məcbur qaldı. İsrail beynəlxalq aləmə belə bir görüntü vermək istəmir.
Buna baxmayaraq, İsrailin planlarına mane ola biləcək əsas dövlət ABŞ və Rusiya deyil, Çin ola bilər. Çünki Çin bu aydan başlayaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının yaxın aylarda əsas mövzusu isə Yaxın Şərqdəki müharibənin dayandırlması olacaq. Çin BMT Təhlükəsizlik Şurasının sədri kimi İsraili durdurmağa çalışacaq. Pekin hesab -edir ki, İsrail özünümüdafiə siyasətinin sərhədlərini aşıb. Pekinin bu çalışmalarına Təhlükəsizlik Şuranın digər daimi üzvü ABŞ mane olacaq. Vaşinqton hər nə qədər Yaxın Şərqdə müharibəyə fasilə verilməsinin tərəfdarı kimi çıxış etsə də, BMT Təhlükəsizlik Şurasında İsrail əleyhinə hər hansı sənədin qəbuluna imkan verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya