Jurnalistlər səfərbər olunub: Mətbuat yenidən özünün maarifçilik ənənələrinə qayıdıb
Turan
12:13 23.03.2020
Gündəm
1020
"Jurnalistlər cəmiyyətin bir parçasıdır. Belə həssas məqamlarda cəmiyyət hadisələrə necə reaksiya verirsə, jurnalistlərin reaksiyası da buna adekvat olur".
Bunu "Sherg.az"a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
Jurnalist bildirib ki, koronavirusla mübarizədə Azərbaycan jurnalistlərinin bir nəfər kimi səfərbər olduğunu söyləmək olar:
"İP uğrunda mübarizə arxa plana keçib, mətbuat yenidən özünün maarifçilik ənənələrinə qayıdıb. Koronavirusun fəsadlarıyla bağlı hər gün yazılır, təhlükə izah olunur, qorunma yolları göstərilir. Mətbuat operativdir, hadisələrə daha çevik reaksiya verə bilir. Amma biz təkcə mətbuatın, televiziyaların gücü ilə bu problemin öhdəsindən gələ bilmərik".
Ekspertin sözlərinə görə, cəmiyyət səfərbər olmalıdır:
"Heç kim yazılan, deyilən tövsiyələri qulaqardına vurmamalıdır. Biz bir az qəribə adamlarıq, "hə", "hə" deyirik, başımızı yelləyirik, sonra da öz bildiyimizi edirik. Koronavirus infeksiyası ilə zarafat etmək olmaz. Hamılıqla bəlanın miqyasını anlamalıyıq. İtaliyalılar da əvvəl zarafat edirdilər, xəbərdarlıqlara başdansovdu yanaşırdılar, indi başlarına döyürlər. Hazırda qardaş Türkiyə də eyni səhvi təkrarlamaqdadır. Nazir hər gün camaata dil tökür, yalvarır ki, zərurət olmadıqca evdən çıxmayın. Amma dəniz sahilində iynə atsan yerə düşmür. Hamı balıq tutmağa gəlib".
S.Verdizadənin fikrincə jurnalistin işi yazmaq, danışmaq, insanları təhlükənin miqyasından xəbərdar etməkdir:
"Azərbaycan jurnalistləri öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Bizim elə bir imkanımız yoxdur ki, əlimizə avtomat götürüb, camaatın evinin qarşısını kəsdirək, heç kimi bayıra buraxmayaq. Dövlət vətəndaşın təhlükəsizliyi üçün nə lazımdırsa edir. Vətəndaş da üzərinə düşəni eləsə, biz bu bəladan minimum itki ilə qurtulacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət