"Karyera Quruculuğu” düşərgəsi uğurla başa çatıb
17:00 19.12.2023
Gündəm
666
Göygöl rayonunda yerləşən Olimpiya İdman Kompleksində 120 nəfər tələbə gəncin iştirakı ilə “Job Hunters - Karyera Quruculuğu” adlı düşərgə həyata keçirilib.
"Sherg.az" xəbər verir ki, düşərgə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 15-17 dekabr tarixlərində baş tutub.
Düşərgənin ilk günündə tələbə gənclərlə birlikdə Ümummilli Lider Heydər Əliyevin Göygöl rayonunda yerləşən abidəsi ziyarət olunub, əziz xatirəsi yad edilib. Daha sonra tədbirin rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Ardınca tələbələrə Azərbaycan gəncliyinə əvəzsiz töhfəsi olan Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan gənclər siyasəti, Ulu Öndərin İrsi və tövsiyələri” və “Dövlət tərəfindən gənclərə yaradılan iş imkanları” mövzularında ustad dərsi keçirilib.
Düşərgə müddətində tələbələr üçün iş axtarış strategiyaları, müsahibə bacarıqları, müsahibə simulyasiyası, komanda quruculuğu, şəbəkələşmə oyunları, təlimlər, seminarlar, görüşlər, idman oyunları və digər fəaliyyətlər təşkil edilib. Tələbələrə işə müraciət zamanı motivasiya məktubu və doğru CV yazılması kimi önəmli prosedurlar izah edilib. Həmçinin, asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün “Bacarıqlı SƏN” adlı yarışma keçirilib. Layihə müddətində Göygöl Milli Parkına, Maralgölə, Göygölün digər gəzməli və görməli yerlərinə maraqlı səfərlər təşkil olunub.
Düşərgənin məqsədi 3-cü və 4-cü kurs tələbələrinin potensial işə qəbul mərhələsinə hazır etmək, onların ixtisasları istiqamətində mövcud təcrübə və iş proqramları ilə tanış edilməsi olub. Sondatələbələrin fəaliyyətlərinin stimullaşdırılması istiqamətində müsahibə simulyasiyasının qalibləri elan edilib və onlara hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm