Kiçik qığılcım etirazları yenidən alovlandıracaq - Ekspert
Yusif Nəzərli
15:37 22.07.2023
Gündəm
325
Növbəti etiraz dalğasında İranı daha çətin, məşəqqətli aqibət gözləyir, hadisələr rejimin sonunu gətirəcək
Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar rejiminin yaradılması ilə bağlı qərara gəlib. Bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən sonra təşkilatın xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel məlumat verib. Bildirib ki, xarici işlər nazirləri Rusiya və Suriyaya hərbi tadarükə görə İrana qarşı yeni sanksiyalar mexanizminin yaradılması ilə bağlı razılıq veriblər. ABŞ Maliyyə Nazirliyi də çirkli pulların yuyulmasının və İrana ABŞ dollarının köçürülməsinin qarşısını almaq üçün 14 İraq bankına sanksiya tətbiq edərək, onlara dollar əməliyyatları aparmağı qadağan edib. Sanksiyalar İraq hakimiyyətinin son həftələrdə İrandan aldığı elektrik enerjisi müqabilində ölkənin borclarını ödəməyin yollarını tapmağa çalışdığı bir vaxtda tətbiq olunub.
Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqının İrana qarşı sanksiyaları müəyyən və uzunmüddətli perspektivdə nəticələrə hesablanmış bir addımdır. Ekspert bəyan edib ki, artıq İranda sanksiyalara, iqtisadi embarqolara qarşı bir immunitet formalaşıb: "Rusiyanın Ukraynaya hərbi təcavüzü məsələsində də gördük ki, Qərbin ya sanksiyaları effektiv olmur, ya da məqsədyönlü şəkildə uzaq gələcəyə hesablanır. Belə sanksiyalar da avtoritar rejimləri o qədər də qorxutmur. Aİ-nin İrana qarşı növbəti sanksiya paketi cənub qonşumuzun müəyyən mənada zəifləməsinə gətirib çıxarsa da, ciddi şəkildə təsir göstərə bilməyəcək. Bir müddətdir ki, İranda kütləvi etirazlar davam etməkdədir. Baxmayaraq ki, həmin etirazlar bir qədər səngiyib, amma kiçik qığılcım etirazları yenidən alovlandıracaq. Növbəti etiraz dalğasından İranı daha çətin, məşəqqətli aqibət gözləyəcək. Bu da rejimin sonunu gətirəcək. Azərbaycanla münasibətlərdə də daim düşmənçilik, qərəz açıq-aşkar özünü göstərib. Bunun dəfələrlə şahidi olmuşuq. İran İsraili bəhanə edərək Azərbaycana düşmən gözü ilə baxır. Ancaq Tehran rejiminin Azərbaycana real təzyiq alətləri yoxdur. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış reallıqlar Azərbaycanın geosiyasi məkanda mövqeyini daha da gücləndirib. İran bu reallıqların diktəsi ilə barışmaq məcburiyyətindədir. Ara-sıra müəyyən təzyiqlər göstərməyə çalışsa da, nəticədə geri çəkilməyə məcbur qalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə