Kilsədə ibadət zamanı Paşinyanı vurmaq istəyən şəxs tutulub

Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı St. Anna Church kilsəsində keçirilən ibadət zamanı insident baş verib.

Ermənistan mediası xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.

Hadisədən sonra İrəvan polisi kilsənin həyətində bir nəfəri saxlayıb.