KİV: İran dronu ABŞ gəmisinə hücum edib

ABŞ-ın “Safesea Group” nəqliyyat şirkətinə məxsus “Neha” adlı kommersiya gəmisi Fars körfəzində İran pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, dronlardan biri gəmiyə dəyib, digəri isə hədəfi vura bilməyib.

Hücum zamanı gəmi yükgötürmədən Doha yaxınlığında lövbərdə dayanıbmış.

Telekanalın məlumatına əsasən, gəmidə 23 dənizçi olub, hadisə nəticəsində xəsarət alan olmayıb.