KİV: İran ətrafındakı gərginlik Zelenski üçün vəziyyəti ağırlaşdırıb

Almaniyanın “Berliner Zeitung” nəşrinin yazdığına görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda Ukrayna münaqişəsində Volodimir Zelenski üçün vəziyyət kəskin şəkildə pisləşib.

Sherg.az xəbər verir ki, məlumata əsasən, Vaşinqton bir müddətdir Kiyevə təzyiqi artırır, eyni zamanda Rusiyaya qarşı sanksiyaları yumşaldır və Ukraynaya silah tədarükünü sual altına alır.

Daha əvvəl “Strategic Culture” jurnalı Avropa İttifaqının ABŞ-ın diqqətini yenidən Ukrayna münaqişəsinə yönəltməyə çalışdığını bildirmişdi.