Kobaxidze: Azərbaycanla danışıqları uğurla başa çatdırdıq

“Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən artıq təbii qazın optimal qiymətlə tədarükünə dair təminat alıb”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabata dair çıxışı zamanı bildirib.

“Qazlaşdırma prosesi davam etdirilib. Hesabat dövründə 60-dan çox yaşayış məntəqəsi qaz təchizatı şəbəkəsinə qoşulub. Bu proses təxminən 10 min abonenti, yəni 10 min ailəni əhatə edib. Dost Azərbaycanla qaz təchizatı məsələsində çox mühüm danışıqlar apardıq. Əlbəttə, bu məsələ ölkəmiz üçün prinsipial əhəmiyyət daşıyırdı. İqtisadiyyat Nazirliyi bu danışıqları böyük uğurla başa çatdırdı və optimal qiymətlə 2 milyard kubmetrdən artıq qaz həcminə dair təminat əldə etdik. Mən həm İqtisadiyyat Nazirliyinə, həm də azərbaycanlı dostlarımıza uğurlu danışıqlara və əldə olunan nəticəyə görə təşəkkürümü bildirirəm. Bu, ölkənin enerji təhlükəsizliyi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir”, - Baş nazir vurğulayıb.