Komitə sədri: “Ölkəmizə xaricdən həkimlər gətirilə bilər” – Koronavirusa görə
Turan
09:44 17.03.2020
Gündəm
770
“Epidemoloji vəziyyətlə bağlı qanunları pozan insanlara qarşı təsirli addımlar atılmalıdır”.
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputatın sözlərinə görə, bununla bağlı Milli Məclisin 5 komitəsinin iştirakı ilə bağlı dinləmə keçirilib:
“Vəziyyətlə bağlı TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlı koronovirusla bağlı görülən işlər və ümumi vəziyyət barədə geniş məlumat verib. Bəlli oldu ki, koronavirusla bağlı Azərbaycanda genişmiqyaslı, kompleks addımlar atılıb. Bununla bağlı ən müasir tibbi avadanlıqlar, tibbi ləvazimatlar alınıb. Bu sahədə kadr çatışmazlığı olsa da, ciddi işlər görülməkdədir.
Hazırda bu sahədə xaricdə çalışan həkimlərin ölkəmizə gətirilməsi istiqamətində işlər gedir və bu öz bəhrəsini verməkdədir. Bundan əlavə olaraq koronavirusa yoluxmanı qısa zamanda aşkar etmək üçün müasir laboratoriyalar alınaraq gətirilib. Hazırda gün ərzində həmin laboratoriyalarda bir neçə min insanı ən qısa zamanda laborator müayindən keçirmək imkanı var”.
Komitə sədri onu da əlavə edib ki, hazırda Azərbaycan bu virusa 27 nəfər yoluxub və onlardan biri dünyasını dəyişib, 7 nəfəri isə sağalıb. “Bu qorxulu virus olsa da, ajiotaja ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət