“Koronavirusa qarşı birgə mübarizə aparmalıyıq” – Millət vəkili
Banuçiçək Kalbalıyeva
13:53 19.03.2020
Gündəm
939
“Ən əsas məsələ odur ki, Operativ Qərargahın qərarlarına və həkim tövsiyələrinə əməl edək”
Bu gün Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkə başçısı təbrik nitqində ictimaiyyəti maraqlandıran, qayğılandıran bir neçə mühüm məsələyə toxunub. Prezident qeyd edib ki, koronavirus sınağından şərəflə və az itkilərlə çıxmaq üçün bütün cəmiyyət həmrəylik, məsuliyyət, birlik nümayiş etdirməlidir:
“Koronavirusun geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Koronavirus sınağından şərəflə və az itkilərlə çıxmaq üçün bütün cəmiyyət həmrəylik, məsuliyyət, birlik nümayiş etdirməlidir. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir. Kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”
Prezidentin tövsiyə və tələblərini yüksək qiymətləndirən millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, siyasi baxışından asılı olmayaraq insanlar eyni mövqedə dayanmalıdırlar:
“Planetdə yayılan koronavirus çox ciddi təhlükə və sınaqdır. Azərbaycan koronavirus əleyhinə çox ciddi addımlar atıb. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə tibbi ləvazimatlar gətirilib. Müşahidələr göstərir ki, məsələyə səthi yanaşan ölkələrdə, o cümlədən İranda vəziyyət daha ağırdır. Biz də hökumətin gördüyü işlərə dəstək olmalı, koronavirusa qarşı birgə mübarizə aparmalıyıq. Ən əsas məsələ odur ki, Operativ Qərargahın qərarlarına və həkim tövsiyələrinə əməl edək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya