Koronavirusdan sağalan baş redaktor danışdı: “Virus hər birimizi təhdid edir!"
Banuçiçək Kalbalıyeva
09:29 04.07.2020
Gündəm
1082
"Artıq evə buraxılmışam. Hər şey yaxşıdır".
Bu sözləri koronavirusdan sağalan "Kaspi qəzetinin baş redaktoru İlham Quliyev "Sherg.az"a açıqlamasında deyib.
O, müalicənin uğurla keçdiyini bildirib:
"On iki gün idi, Mərkəzi Neftçilər Xəstəxanasında nəzarət altında idim. Simptomlar müəyyənləşdikdən sonra müalicə kursu təyin olundu. Əsas məqsəd bədənin müqavimətinin artırılması, immunitetin güclənməsi idi. Sağ olsunlar, həkimlər diqqət və qayğısını əsirgəmədilər. Ağciyərlərimdə "buzlu şüşə" də var idi. Şükür, o problem də həll olundu. Qeyd edim ki, mən xəstəxanaya gedəndə artıq ağır dövrü keçirmişdim. İndi heç bir narahatlığım yoxdur. On dörd gün evdə karantin keçməliyəm. Sonra isə ağciyərlərimi rentgen elətdirəcəm. Bununla da koronavirusa qalib gələcəyimə inanıram".
İ.Quliyev, həmçinin vətəndaşlara müraciət edərək onları diqqətli olmağa çağırdı:
"Mart ayından etibarən özüm bütün profilaktik tədbirləri görmək, qaydalara əməl etməklə yanaşı, həm də çağırışlar etmişəm. Məsuliyyətli davranmaq, gözəgörünməz düşmənə qarşı həmrəylik göstərmək barədə "Facebook" hesabımda müntəzəm statuslar yazırdım. Amma biz bu xəstəliyi qeyri- ciddi qəbul etdik. Nəticədə yoluxanların sayı bir gündə 500-600 nəfərə çatdı. Hətta, bəlkə də, daha çoxdur. Təhlükəli vəziyyətin içərisindəyik. Bütün addımları dövlətdən gözləmək olmaz. Bunun milli təhlükəsizlik məsələsi olduğunu və virusunun hər birimizi təhdid etdiyini unutmamalıyıq".
Baş redaktorun fikrincə, məsuliyyətli davransaq yoluxma sayında ciddi azalma olar:
"İnanın, heç kim koronavirusdan sığortalanmayıb. Mən ilk vaxtlardan etibarən koronavirus haqqında oxuyur, əlimə əlcək, üzümə maska taxırdım. Sosial məsafəni qoruyurdum. Redaksiyada işçilərimə deyirdim ki, mənim otağıma maskasız gəlməyin. Onların daşıyıcı olduğunu düşünmürdüm, əksinə, özümdən şübhələnərdim. Və, bu qədər qorunmağa rəğmən, nəhəyət, xəstəlik məni də tapdı. Amma yaxın ətrafımda, o cümlədən 30 nəfərlik kollektivdə heç kimə koronavirusu keçirmədim. Dediyim kimi, çünki maska taxır, sosial məsafəni qoruyurdum. Hər kəs bu qaydalara əməl etsə, virusa tez bir zamanda qalib gələ bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm