"Koronavirusun yayılması hələ öz pik nöqtəsinə çatmayıb - Komitə sədri
08:24 27.03.2020
Gündəm
747
Koronavirus pandemiyası getdikcə daha geniş vüsət alır və daha çox insan itkisinə səbəb olur. Təəssüf ki, ölkəmiz də bu dünyanı bürüyən qorxulu infeksiyadan kənarda qalmadı. Hər gün dünyada və ölkəmizdə koronavirusun daha çox insana yoluxduğu barədə məlumatlar alırıq.
Proqnozlar göstərir ki, koronavirusun yayılması hələ öz pik nöqtəsinə çatmayıb və deməli qarşıda bizi daha ciddi və məsuliyyətli davranış tələb edən günlər və işlər gözləyir.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda koronavirusla mübarizə ardıcıl, kompleks, operativ, dünya təcrübəsi nəzərə alınmaqla ən optimal variantlar seçilməklə aparılır:
"Heç şübhəsiz ki, bu mübarizənin ön cərgəsində tibb işçiləri fəaliyyət göstərirlər. Azərbaycan həkimlərinin bu günlərdəki fəaliyyətləri əsl qəhrəmanlıqdır və bu "ağ xalatlı döyüşçülər"lə hər birimiz qürur duyuruq. Məhz cənab Prezident tibb işçilərinin fədakar əməyini yüksək dəyərləndirərək koronavirusla mübarizə dövründə onların əməkhaqlarının 3-5 dəfə artırılması barədə Sərəncam verib. Sevindirici haldır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla uğurla mübarizə aparan ən yaxşı ölkələr sırasına aid edib. İndi yanğını söndürmək zamanıdır! Qalan digər tədbirləri və proqramları daha rahat zamanlara qədər ertələmək olar. Bu mənada mən Baş Nazir Əli Əsədovun icbari tibbi sığortaya keçid vaxtının dəyişilməsi barədə qərarını da dəstəkləyirəm. Reallıq bundan ibarətdir ki, bu vəziyyətdə TƏBİB in bütün kadr potensialı, tibb texnikası və ləvazimatları, dərman təchizatı koronavirusla mübarizəyə səfərbər olunub və faktiki olaraq Qərb və Mərkəz bölgələrdə aprel ayından icbari tibbi sığortaya keçilməsi imkansızdır".
M.Quliyev, həmçinin vurğulayıb ki, "Tibbi Sığorta haqqında" Qanuna dəyişiklik edərək icbari tibbi sığorta fonduna bu ilin aprelindən ödənilməsi nəzərdə tutulan əmək haqqının 4% məbləğində sığorta və digər ödənişləri 1 il müddətinə təxirə salmaq məqsədəuyğundur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region