Laçın-Xankəndi yolunda aksiya 49 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində aksiyanı davam etdirir.

APA-nın Şuşa şəhərinə ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu da davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.