Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən RSK-nın 3 avtomobili keçib 


Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-yə məxsus üç yük avtomobili Laçından Xankəndinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.