Lavrov özünə təskinlik verir, Rusiya Ermənistanı itirmək üzrədir - ŞƏRH
11:31 12.10.2023
Gündəm
461
“Rusiya NATO-nun Ermənistan vasitəsilə Zaqafqaziyada maraqlarını irəli sürmək cəhdlərini qeydə alır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistanda ictimai təşkilatlar tərəfindən anti-Rusiya ab-havası yaradılır. Onlar İrəvan vasitəsilə ABŞ, Aİ və NATO-nun Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışırlar. Buna baxmayaraq erməni xalqının əksəriyyəti Rusiya Federasiyası ilə ənənəvi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Moskva Nikol Paşinyanın İrəvanı fərqli istiqamətlərə çəkmək cəhdlərinə baxmayaraq, xarici siyasət xəttinin dəyişməyəcəyi ilə mövqeyinin prioritet olacağına ümid edir”, – Lavrov bildirib.
Lavrovun açıqlamasını “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, bu sözlər nazirin özünə təskinlik verməsindən başqa bir şey deyil. Hazırda Rusiya Ermənistanı itirməkdədir:
“Lavrovun açıqlamalarından da göründüyü kimi Rusiya hələlik məsələ ilə bağlı son addımları admaq istəmir. Onların hələ də Ermənistanla bağlı ümidləri var. Dolayısıyla bütün körpüləri yandırmır. İravan üçün qapıları açıq saxlayır. Kreml hakimiyyəti əvvələr Paşinyan və tərəfdaşlarına təzyiqlər göstərdilər. Onlar Paşinyan hakimiyyətini devirib yerinə Rusiya meyilli lider gətirməyi planlamışdılar. Bütün təzyiqlərin fonunda konkret nəticə ala bilmədilər. Buda bizlərə erməni ictimai rəyində Kremlin mövqeyinin kəskin zəiflədiyini açıq-aydın göstərir”.
Politoloq qərbin maliyyələşdirdiyi bəzi qeyri-hökümət təşkilatlarının 2018-ci ildən bu yana İravanda anti-Rusiya ovqatı yaratmaq üçün işlədiyini vurğulayıb:
“Bu fəaliyyət son 5 il ərzində məsələyə öz ciddi təsirlərini göstərib. Rusiyanın 5-ci kalon olan revanşist müxalif qüvvəllərinin keçirdiyi etiraz mitinqlərində də bu görsənir. Nikol Paşinyanı devirmək üçün keçirilən aksiyalara erməni xalqı kütləvi şəkildə qoşulmur. Son mitinqlərdə 1500-2000 nəfərdən artıq adam yığışmadı. Bunlar Lavrovun erməni xalqının Rusiyadan yana olmaları ilə bağlı dediklərinin yalnış olduğunu göstərir. Əgər elə olsaydı ən azından Rusiyanın dəstəklədiyi bu etiraz aksiyalarına 10 minlərlə insan küçələrə çıxar və Rusiya ilə dostluq haqqında moizələr oxuyardı. Paşinyanın Rusiya ilə bağlı humanist açıqlamaları isə özünü qoruma instikti ilə bağlıdır. O Rusiyadan qopmaq üçün ağrısız keçid siyasətinə önəm verir. Bu səbəblə xarici siyasət vektorunun dəyişmədiyini deyir. Fakt isə ondan ibarətdir ki, o Qərbin dediklərini yerinə yetirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya