Atası türk, anası italyan olan 8 yaşlı Leonardo Maksimus Yiğitin qəyyumluğu anasına verildikdən sonra İtaliyaya aparılıb. Halbuki uşaq 3 yaşından 8 yaşınadək Türkiyənin İzmir şəhərində atasıyla birlikdə yaşayıb və türkcədən başqa dil də bilmir. “Sherg.az” “Millliyet.com.tr”yə istinadən bildirir ki, Leonardonun atası Dəmirbilək Yiğit, anası isə İlaria Alassondra Sassonedir. Dəmirbilək Yiğit Berlində anadan olub, 2013-cü ildə İtaliyaya köçüb. Orada Florensiya Universitetində memarlıq ixtisası üzrə təhsil alan İlaria ilə tanış olub. Bu münasibətdən onların oğlu dünyaya gəlib. Bir müddət sonra cütlük ayrılıb. İtalyan məhkəməsi uşağın qəyyumluğunu ata ilə Anaya bərabər şəkildə verib. Uşağın harada yaşayacağına qərar vermək isə ataya həvalə olunub və Leonardo Maksimus adı verdikləri oğlu ilə birlikdə Dəmirbilək Yiğit İzmirə köçüb, orada yaşamağa başlayıblar. 1 il sonra İlaria məhkəməyə müraciət edərək oğlunun geri qaytarılmasını tələb edib. Məhkəmə davası 4 il çəkib. Nəhayət, məhkəmə uşağın İtaliyaya qaytarılması qərarı çıxarıb. Leonardo Maksimus Yiğit, məhkəmə hökmündən sonra polis əməkdaşlarının iştirakıyla anasına təhvil verilib. Həmin anlar cib telefonu kamerasıyla görüntüyə alınıb və sosial şəbəkədə paylaşılıb. Dəmirbilək Yiğit oğlunun ondan zorla alındığını, uşağın getmək istəmədiyini, böyük stress yaşadığını deyib: “Ortaq qəyyumluq qərarında uşağın harada yaşaması mənim öhdəmdə idi. Mən də oğlumla birlikdə İzmirə gəldim, burada yaşamağa başladıq. Zatən anası övladımıza kişik yaşlarından heç baxmırdı. 6 aydan sonra uşağa mən baxmışam, qulluq etmişəm. O, analıq vəzifəsini yerinə yetirməyib. İndi isə uşağı geri tələb edir. 5 il keçib aradan. Uşaq böyüyüb, özünü idarə edir, əlbəttə, indi uşağa baxmaq asandır. Bəs körpə vaxtı, o ana harada idi? Niyə bir dəfə də maraqlanmamışdı ki, körpə necədir, necə böyüyür, kim baxır ona? Leonardo İzmirdə böyüyüb, burada məktəbə gedib, dostları var. Bu mühitə alışıb. Bircə türk dilini bilir, bu dildə danışır. Amma məhkəmə bu uşağın İtaliyaya göndərilməsinə qərar verir. Belə ədalət olarmı?!”. Dəmirbilək Yiğit deyib ki, Leonardo babası tərəfindən zorla avtomobilə mindirilib. “Uşaq etiraz edirdi, getmək istəmirdi, yalvarırdı, ağlayırdı. Videolar var. Görüntülər qeydə alınıb. “Getmək istəmirəm” deyib, ağlayırdı. 8 yaşlı uşağın psixoloji vəziyyətini də nəzərə almadı, icra məmurları. Belə şey olarmı?!”, söyləyən ata, polis əməkdaşlarının da zalım davrandıqlarını deyib. Dəmirbilək Yiğit Türkiyə hökumətinə müraciət edib oğlunun Türkiyəyə qaytarılmasında yardım göstərmələrini xahiş edəcəyini söyləyib.
- Son Xəbərlər
- Gündəm
- COP29
- Siyasət
- Cəmiyyət
- Hadisə
- İqtisadiyyat
- Tarix
- Müsahibə
- Dünya
- İdman
- Elm və Təhsil
- İnfrastruktur
- Futbol
- Son dəqiqə
- Qarabağ
- Mədəniyyət
- Cənubi Qafqaz
- Rəsmi
- Yazarlar
- Reportaj
- Media
- Fotoqalereya
- Arxiv
- Şou
- Relaks
- Aktual
- Ədəbiyyat
- Sağlamlıq
- Texnologiya
- Sosial
- Hərbi
- Region
- Ölkə
- Ekologiya
- Maraqlı
Son xəbərlər
Leonardo zorla İtaliyaya aparıldı
11:40 19.05.2024
Gündəm
566
Türkcədən başqa dil bilmir
Bizi YouTube-da izləyin
Video xəbərlər, reportajlar və müsahibələr kanalımızda.
Abunə ol
Bizi Facebook-da izləyin
Günün əsas xəbərləri Facebook səhifəmizdə.
İzlə
Bizi TikTok-da izləyin
Qısa videolarla ən maraqlı xəbərlər TikTok-da.
İzlə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
11:22 23.11.2026
Aktual
Sumqayıtda 24 yaşlı qadın dəm qazından ölüb
11:07 23.11.2026
Hadisə
Kiyevə hücum: 15 nəfər öldü
10:58 23.11.2026
Dünya
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq öldü
10:52 23.11.2026
Hadisə
Paşinyan yeni Konstitusiya haqda: Vəd etdiyim gələcəyə çatmışıq
10:42 23.11.2026
Region
Paşinyan: Münaqişəyə səbəb olanlar layiq olduqları cəzanı alırlar
10:33 23.11.2026
Gündəm
“Arsenal” 60 milyonluq müdafiəçini istəyir
09:57 23.11.2026
Futbol
Paşinyandan yeni Konstitusiya ilə bağlı ilk açıqlama
09:39 23.11.2026
Gündəm
Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib
09:21 23.11.2026
Dünya
Bakıda tanınmış aparıcı yol qəzasında ölüb - YENİLƏNİB
09:03 23.11.2026
Hadisə
Bu həftə bürcləri nələr gözləyir? – Sevgi, pul və karyera...
08:48 23.11.2026
Sosial
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
08:20 23.11.2026
Maraqlı
“Şehzade Mustafa” Bakıya gəlir!
07:51 23.11.2026
Şou
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
06:06 23.11.2026
Relaks
Mayli Sayrus ərə getdi
05:25 23.11.2026
Şou
Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?
04:49 23.11.2026
Sağlamlıq
Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
04:14 23.11.2026
Maraqlı
İranda çörək satışına məhdudiyyət qoyuldu
03:33 23.11.2026
Region
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
02:50 23.11.2026
Ekologiya
ABŞ Konqresi Ukraynaya milyardlarla dollar ayırmağa hazırlaşır
02:12 23.11.2026
Son dəqiqə