Makron Aİ-ni Ermənistana sərhədlərin qorunmasına kömək etməyə çağırıb

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqını Ermənistana Rusiya qoşunlarının iştirakı olmadan sərhədlərinin təhlükəsizliyini təmin etməkdə köməklik göstərməyə çağırıb.

Teleqraf xəbər verir ki, Makron Ermənistan ərazisində hələ də 4000 Rusiya hərbçisinin olduğunu qeyd edib: "Buna görə də, Avropa Ermənistanın öz sərhədlərini müstəqil şəkildə qorumasına kömək etməyə öhdəlik götürməlidir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan daha öncə bildirib ki, İrəvanın ölkədə yerləşən 102-ci Rusiya hərbi bazasının bağlanması tələbi ilə Moskvaya müraciət etməsi planı yoxdur.