Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətdə olmasına baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb.
Sherg.az xəbər verir ki, Ermənistan hökumətinin məlumatına əsasən, tərəflər Ermənistan-Fransa münasibətlərinin gündəliyini müzakirə edərək əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Danışıq zamanı Ermənistan məhsullarının Avropa İttifaqı bazarına ixrac imkanlarının genişləndirilməsi, Ermənistan-Aİ münasibətlərinin inkişafı və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini də müzakirə edərək regionda sabit və uzunmüddətli sülhün bərqərar edilməsinin vacibliyini vurğulayıblar.
Makron, həmçinin Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə bir daha təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.