Genişmiqyaslı etirazlar və küçə iğtişaşları fonunda Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətlə çıxış edəcək.
Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, müraciətin oktyabrınm 18-i yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ediləcəyi gözlənilir.
Qeyd edək ki, Fransada baş verən etiraz aksiyaları zamanı ötən gün 1200-dən çox etirazçı saxlanılıb, bir nəfər ölüb.