Makronun Azərbaycana səfər iddiaları şaiyədir - Səməd Seyidov
14:55 07.09.2023
Gündəm
547
Bu Ermənistanın "qoymayın məni məhv etdilər" siyasətinin göstəricisidir
Fransa səfirliyi bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb.
Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Rəsmi İrəvanın niyyətinin beynəlxalq strukturları, və digər dövlət liderlərini regiona gətirərək özünə xeyir güdmək olduğunu deyən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a qeyd edib ki, bu günlərdə onların beynəlxalq təşkilatlara müraciəti, Makronun səfəri ilə bağlı şaiyələrin yayılması və ABŞ-də dinləmələrin təşkil olunması Ermənistanın "qoymayın məni məhv etdilər" siyasətinin göstəricisidir:
"Burada məqsəd həqiqəti gizlətmək, vəziyyəti gərginləşdirmək, "çirkli suda balıq tutmaq" və status-kvonun saxlanılmasına nail olmaqdır. Bu məqsədə qarşı isə Azərbaycan öz məntiqli və möhkəm iradəli siyasətini ortaya qoyub. Heç kim də bu siyasətə müdaxilə edə bilməz. Çünki beynəlxalq qanuna söykənir və arxasında Azərbaycan xalqının, ordusunun, Prezidentinin yaratdığı yeni reallıq dayanır. Ermənistan tərəfi də sözügedən reallığa zərbə vurmaq, beynəlxalq ictimaiyyəti qeyri-müəyyən istiqamətə çəkmək siyasəti həyata keçirir. Ona görə də şaiyələr buraxırlar. Belə şeylər isə çox olacaq. Qoy olsun, "sirkə nə qədər tünd olsa, öz qabını çatdadar". Onsuz da onların "qabı bir dəfə çardayıb". İndi yenə də bununla qarşılaşacaqlar. Çünki bu günki dövrdə separatizm bayrağını qaldırmaq dünyanı idarə edən qüvvələr tərəfindən qəbul edilməyəcək".
Qeyd edək ki, daha əvvəl, "Alpha News" öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftə sonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıbmış.
“İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”, - "Alpha News" iddia etmişdi.
Xatırladaq ki, Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa Prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat