Mədət Quliyev Yaşar Gülerlə görüşdü
16:58 27.07.2023
Gündəm
367
Müdafiə sənayesi naziri Mədət Quliyev “IDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
İyulun 27-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.
Milli müdafiə naziri təyin edilməsi münasibətilə Yaşar Güleri təbrik edən Mədət Quliyev daha sonra Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində olan uğurlu əməkdaşlıq barədə danışıb.
Görüş zamanı qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 25-28 iyul tarixlərində keçirilən “IDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə