Medvedevdən Avropaya ağır ittiham: “Neonasizmə göz yumurlar”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynada radikal millətçiliyin qəhrəmanlaşdırılması məsələsində Polşanın mövqeyini müsbət qiymətləndirib.

Sherg.az-ın məlumatına görə, Medvedev bildirib ki, Polşa rəhbərliyinin Rusiyaya münasibəti sərt olsa da, Ukrayna millətçilərinin tarixi irsinə qiymət verərkən prinsipial mövqe nümayiş etdirir. O, eyni zamanda Brüsseli və digər Avropa ölkələrini neonasizm meyllərinə göz yummaqda ittiham edib.

Rusiyalı siyasətçi Avropanın bu məsələyə münasibətini tənqid edərək, faşist liderlərə abidə ucaldılması ilə bağlı ritorik suallar səsləndirib.