Məhkəmə araşdıracaq - “Bəlkə, qadın uşağına işgəncə verməyib, ata…”
Fidan Həmişəyeva
12:38 13.02.2020
Gündəm
739
Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb. Hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib. Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı 2011-ci il təvəllüdlü T.Dünyamalızadəni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb. Uşağın dayısı Pərviz Ələsgərov deyilənləri inkar edib:
“Bacımın Rafiqlə nikahdan iki övladı var. Bir övladına qayınatasının adı qoyulduğu üçün ərinin təkidi ilə ailə həyatı qurmayan baldızına övladlığa verib. Bacımgilin ailələrində problem olduğu üçün boşanmaq üçün məhkəməyə müraciət edib. Bunu bilən həyat yoldaşı gələcəkdə övladlarına görə aliment ödəməmək üçün yalandan polisə müraciət edərək, bacımın övladını şişlə yandırdığını bildirib. Əslində, uşaq bir neçə müddət öncə evdə oynayanda sobanın üzərinə düşmüşdü. Həmin yanıq izi də onda olmuşdu.
Əgər bacım övladını yandırmışdısa, polisə niyə həmin zaman müraciət etmirdi? İndi boşanma məsələsi olanda bunu deyir? Bərdə Rayon Polis Şöbəsində də gördülər ki, bu iddianın əsası yoxdur. Sonradan bacımın əri Tərtər Rayon Polis Şöbəsinə müraciət edib. Bütün kənd bilir ki, o uşaqları biz böyütmüşük. Biz əziyyət çəkmişiksə, bacım övladını necə yandıra bilər?”.
Baş verənlərlə bağlı “Şərq”ə danışan sosioloq Lalə Mehralı bildirib ki, bu günə qədər övladına düşkün olduğunu iddia edən insanlar doğma uşağına zorakılıq etməkdən əl çəkməyib. Lakin məhkəmə hadisəni dəqiq araşdırmamış ananı günahlandırmaq da düzgün deyil.
Sosioloqun sözlərinə görə, təəssüf ki, övladının başını kəsən, boğan və başqa fiziki zorakılıqlar tətbiq edən analar görmüşük:
“Əsas məsələ budur ki, ana övladına qarşı belə işgəncələr edibsə, bunun səbəbi nədir? Ola bilər ki, həyat yoldaşı ilə anlaşılmazlıq yaşanıb, ortaq rəy əldə edə bilməyiblər və qadın hirsini övladından çıxıb. Çünki milli düşüncə tərzində çox rast gəlirik ki, qadın övladına acıqlanırsa, uşağı atasına oxşamaqla günahlandırır. Ola bilsin ki, ana həyat yoldaşı ilə mübahisə edib və hirsli olduğu üçün doğma övladına qarşı bu cür vəhşiliyi nümayiş etdirib. Əlbəttə ki, bir ananın belə qəddarlığa yol verməsi düzgün deyil. Hirsli başda ağıl olmaz deyiblər. Bu hirs onu təmizə çıxarmır. Ona görə valideyn ola bilirik ki, övladımıza maksimum humanist davrana bilək. Bəlkə qadın uşağına işgəncə verməyib. Ata iddia ilə polisə müraicət edirsə, yetkinlik yaşına çatan bir insan anlayır ki, polis yerindəcə araşdırma zamanı uşağın bədənindəki xəsarətlərin göstərilməsini tələb edəcək. Xəsarətlər yoxdursa, atanın özünü məsuliyyətə cəlb edə bilərlər”.
L.Mehralı qeyd edib ki, ola bilsin, ana işgəncə etməyib və ata boşanma zamanı aliment vermək məcburiyyətində qalmamaq üçün övladını almaq istəyir:
“Məhz bu səbəblərdən də ata belə ittihamlar irəli sürür. Hər iki tərəfin haqlı, ya da haqsız olduğunu məhkəmə araşdıracaq. Amma bu günə kimi çox müşahidə eləmişik ki, ata övladına aliment vermək məcburiyyətində qalmamaq üçün min bir yolla uşağın hüquqlarını özü almaq istəyir. Yəni, övladına düşkünlüyündən yox, sırf alimentdən qaçmaq üçün bu cür şərlər irəli sürən atalar var. Bütün hallarda bu olanlar xoşagəlməz bir haldır. Körpənin işgəncə görməsi də olduqca dəhşətlidir. Amma uşaq işgəncə görməyibsə və qarşı tərəf bu iddia ilə məhkəməyə müraciət edirsə, bunun özü də təəssüf doğuran məsələdir. Çünki tərəflər uşaq üzərindən öz mənafelərini güdürlər. Əminəm ki, məhkəmə araşdırıb doğru qərar verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya