
Memorandum təsdiqləndi: “Xüsusi təyinatlıların vahid mərkəzdən idarəsi...”
Yusif Nəzərli
14:55 13.10.2021
Gündəm
652
Ramil Məmmədli:“Sənəddə də qeyd olunduğu kimi lazım gəldikdə birgə fəaliyyət icra olunacaq”
Üzeyir Cəfərov:“Bundan sonra istər Xüsusi Təyinatlı Qüvvələr, istər Hərbi Dəniz Qüvvələri, istərsə də digər qoşun birləşmələrinin birgə təlimlərini, fəaliyyətini daha çox eşidəcəyik”
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumu təsdiq edilib. Bununla bağlı vacib sənədi Prezident İlham Əliyev imzalayıb. Memorandum 2021-ci il iyulun 2-də Bakı Şəhərində imzalanıb.

Memorandumun əhəmiyyətini “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Şuşada imzalanan bəyannamədən sonra Azərbaycan və Türkiyə münasibətləri daha da dərinləşir və dərinləşəcək:
“Adıçəkilən sənədin əsas mahiyyətindən biri də imzalanan memorandumun həyata keçirilməsidir. Bundan sonra istər Xüsusi Təyinatlı Qüvvələr, istər Hərbi Dəniz Qüvvələri, istərsə də digər qoşun birləşmələrinin birgə təlimlərini, fəaliyyətini daha çox eşidəcəyik. Bildiyimiz kimi, xüsusi təyinatlıların ilin sonuna qədər heç bir əlavə vəsait tələb olunmadan, vizasız gediş-gəlişi həyata keçiriləcək”.
Hərbi ekspert onu da əlavə edib ki, Azərbaycanla Türkiyə dövləti arasında gələcəkdə ancaq şəxsiyyəti təsdiq edən sənəd vasitəsilə gediş-gəlişin reallaşması planlaşdırılıb:
“Nəzərə alsaq ki, son vaxtlar dərinləşən Azərbaycan - Türkiyə hərbi əlaqələrinin daha da möhkəmlənməsi üçün hazırda müəyyən addımlar atılır. Ölkə başçısının təsdiq etdiyi mühüm sənəd də həmin o məqsədlərə xidmət edir. Bu, proseslərin sürətləndirilməsi, bürokratik əngəllərin aradan qaldırılması yolunda imzalanmış memorandumdur. Sənəddən irəli gələn məsələləri də Azərbaycanın müvafiq orqanları üzərinə düşən vəzifələrinə uyğun yerinə yetirəcəklər”.
Hərbi ekspert Ramil Məmmədli də qeyd edib ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq 1994-cü ildən başlayıb:
“1994-cü ildən start götürən hər iki ölkənin Silahlı Qüvvələri, yəni hərbi qurumları birgə fəaliyyətə, həmçinin hərbi texniki əməkdaşlığa dair bir sıra tədbirlər həyata keçiriblər.
Bu tədbirlərin əsasında Silahlı Qüvvələrin inteqrasiyası dayanır. Silahlı Qüvvələrin inteqrasiyası dedikdə hərbi birləşmələrin birgə fəaliyyətini nəzərdə tutulur.
Yəni lazım gəldikdə iki ölkənin müvafiq hərbi strukturları təlimlərdə iştirak edir, daha çox zərurət yaranarsa, birgə əməliyyatlar həyata keçirə bilərlər”.
R.Məmmədli həmçinin diqqətə çatdırıb ki, təsdiq edilən anlaşma memorandumunda əsas istiqamət xüsusi təyinatlıların təlimləridir:
“Qanunun mahiyyəti və əhəmiyyəti iki qardaş ölkənin ordularının dərinləşən inteqrasiyasından ibarət olacaq. Güc strukturu xüsusi təyinatlıları zərurət yarandıqda vahid mərkəzdən idarə etməyi həyata keçirəcəklər.
Sənəddə də qeyd olunduğu kimi lazım gəldikdə birgə fəaliyyət icra olunacaq. Həmçinin, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçularına sosial təminat göstərilir.
Əgər Türkiyə hərbi birləşmələri Azərbaycanda təlim keçən zaman hər hansı hadisə baş verərsə, Azərbaycan tərəfi qanunda qeyd olunan tədbirləri icra edəcək, həmçinin də Türkiyə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə