"Məqsəd insanların sağlamlığını qorumaqdı" – Baş redaktor tədbirləri təqdir edir
Banuçiçək Kalbalıyeva
12:05 14.03.2020
Gündəm
654
Sevinc Seyidova : “Görülən işlər Azərbaycanda koronavirusun daha geniş spektrdə yayılmasını önləyir”
“Azərbaycanda koronavirus təhlükəsinin qarşısının alınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər təqdirəlayiqdir”.
Bu barədə “Sherg.az”a “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova bildirib. Baş yazar qey edib ki, müvafiq qurumlar tərəfindən insanların daha çox cəmləşdiyi, istifadə etdiyi məkanlarda dezinfeksiya işləri həyata keçirilir. İctimai nəqliyyatda, dayanacaqlarda, piyada keçidlərində və s. hər gün qabaqlayıcı tədbirlər görülür:
“Ölkəmizdə koronavivus təhlükəsinin yayılmasının əsas mənbəyi hesab edilən İranla dövlət sərhədləri bağlanıldı və bu qərarın müddəti daha 2 həftə uzadıldı. Virusun yayıldığı ərazilərdən ölkəmizə gələn şəxslər təcili olaraq karantinə alınıb müşahidə altında saxlanılır. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələri ilə ictimai-iaşə obyektlərində bir sıra məhdudiyyətlər tətbiq edilir. Görülən tədbirlər Azərbaycanda koronavirusun daha geniş spektrdə yayılmasını önləyir. Məqsəd insanların sağlamlığını qorumaqdı"
S.Seyidova hesab edir ki, koronavirus təhdidinin ortaya çıxması ilə təhsil müəssisələrində tədris prosesinin martın 27-nə qədər təxirə salınması qərarı da dövlətin gələcəyimiz olan uşaqların sağlamlığının qorunmasına nə dərəcədə həssaslıqla yanaşdığını göstərir:
“Lakin görülən tədbirlərlə yanaşı, bəzi düşündürücü məqamlar da yox deyil. Məsələn, tədris prosesinə ara verilsə də, hələ də bəzi valideynlər uşaqlarını əyləncə mərkəzlərinə, insanların sıx toplaşdığı məkanlara aparırlar. Bu isə dövlətin uşaqları qorumaq məqsədi ilə atdığı addımların effektliyini azaldır. Bu cür halların qarşısının alınması istiqamətində də müəyyən addımlar atılır. Uşaq əyləncə mərkəzlərinə, müəyyən müddət çərçivəsində kitabxanalar, muzeylər kimi ictimai obyektlərə məhdudiyyətlərin qoyulması zəruridir. Bu təcrübənin tətbiqi hələ də təhlükənin mahiyyətini dərk etməyən valideynlərə yönələn bir ismarıc ola bilər.
Hazırda Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu digər ünvanlar ASAN Xidmət mərkəzləri, DOST Agentlikləridir. Aparılan müşahidələr göstərir ki, hər gün sıxlıq müşahidə edilən bu xidmət mərkəzlərində də insanlar bir-birləri ilə sıx təmasdadır. Burada çalışan işçilərin sağlamlığının qorunması, həmçinin vətəndaşların tibbi-gigiyenik qaydalara əməl etməli olduğunu xatırlatmaq üçün işçi personalının qoruyucu maskalardan istifadəsi barədə qərar qəbul edilə bilər”.
Baş redaktor onu da əlavə edib ki, sosial şəbəkələr vasitəsi ilə ölkəmizdə koronavirusla bağlı həqiqəti əks etdirməyən əsassız xəbərlərin yayılması narahatedici məqamlardan biridir:
“Belə xəbərlər cəmiyyətimizdə narahatlıq yaradır. İnsanlar arasında təşvişə yol açaraq düzgün olmayan təsəvvür formalaşdırır. Sözügedən istiqamətdə də daha operativ tədbirlər görülməlidir. İnsanların dolğun və reallığa əsaslanan məlumatlarla informasiya tələbatının ödənilməsi üçün cavabdeh qurumlar medianın sorğularına, cəmiyyəti narahat edən məsələlərə çevik reaksiya verməlidir. KİV vasitəsi ilə insanların koronavirusa qarşı mübarizə, özlərini qoruması ilə bağlı maarifləndirici materialların, sosial çarxların yayımı da genişləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm