Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü: siyasi təzyiqlərin bloklanması - Təhlil
12:57 14.09.2023
Gündəm
421
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərindən sonra dövlətimizin istər regional, istərsə də beynəlxalq səviyyədə nüfuzu artıb. Eyni zamanda, ölkəmiz həm ikitərəfli, həm də çoxtərəfli platformalarda etibarlı tərəfdaş kimi tanınır.
Prezident İlham Əliyevin son illər müxtəlif beynəlxalq tədbirlərə, zirvə görüşlərinə, müşavirələrə dəvət olunması Azərbaycanın yüksələn nüfuzunun təsdiqidir.
Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edir. İlk dəfədir ki, Məşvərət görüşünə regiondankənar ölkənin rəhbəri dəvət olunub. Bu həm Azərbaycan, həm də dövlətimizin başçısı üçün bir ilkdir və tarixi hadisədir. Həmçinin bu dəvət Prezident İlham Əliyevin sözünə və imzasına inanılmasının, ölkəmizin güvənilən və etibarlı tərəfdaş olmasının əyani sübutdur.
Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün Azərbaycan üçün əhəmiyyətini bir neçə cəhətdən analiz etmək olar:
Birincisi, dünyada və regionda baş verən cəbhələşmə bəzi dövlətlər arasında əlaqələri inkişaf edirir, əməkdaşlıq perspektivlərini yeni müstəviyə çıxarır. Azərbaycanın da xarici siyasətində önəmli yerlərdən birini Türki dünyası və Mərkəzi Asiya ölkələri ilə əlaqələr tutur. Hazırkı mürəkkəb geosiyasi konfiqurasiyada bütün sahələrdə əməkdaşlığa böyük ehtiyac var. Belə ki, ölkəmizə qarşı son günlər artan siyasi təzyiqlər fonunda dövlətimizin başçısının Tacikistana səfəri mənfi tendensiyaları zərərsizləşdirmək baxımdan əhəmiyyətlidir.
İkincisi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrin bir daha xüsusi tədbirlərdə səsləndirməsi də yenidənqurma işlərinə Mərkəzi Asiya və Türk dünayanın digər dövlətlərinin də töhfə verməsi üçün bir imkandır.
Üçüncüsü, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi ətrafında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası barədə Prezident İlham Əliyev tərəfindən Mərkəzi Asiya ölkələrinin ətraflı və dolğun şəkildə məlumatlandırılması reallıqların çatdırması baxımından bugünkü görüşü uyğun platformaya çevirir.
Dördüncüsü, Azərbaycanın Qarabağ iqtisadi rayonunda hələ də qondarma quruma aid separatçıların olması, bunların birbaşa təhdid yaratması qeyd oluna bilər ki, bu da dövlətimizə suveren ərazilərində milli təhlükəsizlik baxımından bütün təhdidlərin aradan qaldırması üçün siyasi üstünlük qazandırır.
Beşincisi, Məşvərət görüşündə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə lazımi addımların atılması üçün təkliflər səsləndirəcək.
Eyni zamanda, Azərbaycanın sülh prosesinə sadiqliyinin ifadə olunması görüş vasitəsilə növbəti dəfə Mərkəzi Asiyadan bütün dünyaya çatdırılacaq.
Elmir Səftərov
Siyasi şərhçi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat