Metro yenidən bağlanacaq? – Qurum sözçüsü istisna etmir !
Banuçiçək Kalbalıyeva
17:44 14.09.2020
Gündəm
1403
“Metronun yenidən bağlanmasının yeganə səbəbi pandemiya ilə bağlı vəziyyətin pisləşməsi olacaq”
“Ona görə də bir daha deyirəm, məsuliyyətli, diqqətli olmalıyıq”
İki ay iki günlük aradan sonra Bakı Metropoliteni, nəhayət, fəaliyyətini bərpa etdi. Ötən müddətdən fərqli olaraq axır ki, avtobusla, taksi ilə yox, metro ilə işə getdik, “yeriyən pilləkan”a ayaq basdıq, vaqonlara girdik, “Şəhərimizin sakinləri...” xitabı ilə başlanan müraciəti dəfələrlə eşitdik. Ən əsası isə yola vərdiş etdiyimizdən dəfələrlə az vaxt ayırdıq. Amma elə bu gündən etibarən müxtəlif xəbərlər yayıldı. Bakı Metropoliteninin açılması yeni təhsil ilinin başlanması ilə əlaqələndirildi və yenidən bağlanması iddiaları səsləndi.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “Sherg.az”a açıqlamasında yayılan məlumatlara münasibət bildirdi:
“İndidən niyə belə bir neqativ məsələ gündəmə gəlir bilmirəm. Axı Bakı Metropoliteninin fəalliyyətini bərpa etməsi ictimaiyyətə pozitiv aura bəxş etdi. Sadəcə diqqətli, ehtiyatlı olmalıyıq. Bunu pandemiyanın başa çatması kimi qiymətləndirmək düzgün deyil. Sərnişinlərdən də dönə-dönə xahiş edirik ki, tibbi maskanı düzgün taxsınlar, sosial məsafəni qorusunlar və zərurət olmadan Bakı Metropoliteninə daxil olmasınlar.
Çünki arxayınlaşmaq yolverilməzdir. Metronun öz qapılarını sərnişinlərinin üzünə açması bir tərəfdən ictimai nəqliyyatdakı sıxlığı aradan qaldırmaq baxımından əlamətdardırsa, digər tərəfdən koronavirus pandemiyası ilə mübarizədə əldə olunan müsbət dinamikanın nəticəsi kimi qiymətləndirilməlidir.
İndi metropoliten əməkdaşları və sərnişinlər əl-ələ verməli, qarşılıqlı məsuliyyətli davranmalıdırlar. Bu, həm Bakı Metropoliteninin yenidən bağlanmasında, həm də koronavirus pandemiyası ilə mübarizədə hansısa neqativ nəticənin üzə çıxmasının qarşısını alacaq. İctimaiyyət bilməlidir ki, metronun yenidən bağlanmasının yeganə səbəbi pandemiya ilə bağlı vəziyyətin pisləşməsi olacaq. Ona görə də bir daha deyirəm, məsuliyyətli, diqqətli olmalıyıq”.
B.Məmmədov, həmçinin bu günkü müsbət tendensiyadan danışdı:
“Sərnişinlərin metropolitendəki davranışları bizi çox sevindirir. İnsanlar mövcud qaydalara əməl edirlər. Bu gün, demək olar, hər kəs tibbi maskadan düzgün istifadə edib. Heç kim qoruyucu vasitəni çənədən aşağı salmayıb. Sosial məsafə də qorunub. Gələcəkdə də belə davam edəcəyini arzulayırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq